Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ülviyyənin ailəsinə görə münasibətimizi gizlədirdik''

''Ülviyyənin ailəsinə görə münasibətimizi gizlədirdik''

Tarix: 17 Iyun 2021 14:20

"Vicdan haqqı" serialında hamı bilirdi ki, münasibətimiz var. Amma açıqlamırdıq. Serialda bacı-qardaş obrazında idik. İstəmirdim bilinsin. Həm də ailələrimiz tanış deyildi. Verilişlərdə soruşurdular, qoymurdum. Təsəvvür edin, bir xanımın ailəsi baxır və efirdə deyilir siz sevgilisiniz. Ailənin isə xəbəri yoxdur. Yaxşı deyildi. Buna görə də bir az evlilik uzandı. Yoxsa biz çoxdan sevgili idik".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri aktyor Murad İsmayıl "7 Canlı" proqramında deyib. O, aktrisa Ülviyyə Xəlilbəyova ilə münasibətlərindən danışıb. Murad bildirib ki, seriala və Ülviyyənin ailəsinə görə münasibətlərini uzun müddət gizlədib.

"Əvvəlcə dostlaşdıq. Gördüm ki, mən Ülviyyəni, Ülviyyə məni çox istəyir. Qayğıma qalırdı. Beləcə, münasibət başladı" deyə, Murad əlavə edib.


Etiketlər:  Ülviyyənin ailəsinə görə münasibətimizi gizlədirdik


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ