Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin oğlu imtahana buraxılmadı - VİDEO

Xalq artistinin oğlu imtahana buraxılmadı - VİDEO

Tarix: 19 Iyun 2021 12:50

Xalq artisti, tarzən Firuz Əliyevin oğlu Əli Əliyev Üzeyir Hacıbəyov adına Milli Konservatoriyada imtahana buraxılmayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Əməkdar artist Lalə Məmmədova "Ay Zaur" proqramında qonaq olarkən məlumat verib.

Müğənni bir neçə il əvvəl baş verən hadisə barədə danışarkən bildirib ki, musiqiçinin övladının dərslərə davamiyyəti zəif olub: "Elə başa düşmüşdü ki, mən onu imtahandan kəsmişəm. Demək ki, bakalavr sistemində qaib limitini keçənlər imtahana buraxılmır. Onlar arasında Firuz müəllimin də oğlu var idi. Kafedrada cavabları yoxlayandan sonra pis vəziyyətdə gəlib dedi ki, uşağımı niyə kəsmisən? Elə bildi ki, hörmətsizlik etmişəm. Rektor Siyavuş Kəriminin yanına getdi, ona vəziyyəti başa saldılar".

Milli.Az


Etiketlər:  Xalq artistinin oğlu imtahana buraxılmadı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ