Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 10:44
Ucarda bir müəllimə qeyri-adi layihə həyata keçirir. O, şagirdlərinin valideynlərini də ali təhsil almaq üçün hazırlaşdırır. Onun layihəsinə qoşulan digər fənn müəllimləri də var.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, onlar övladları kimi parta arxasına oturub unıversitetə hazırlaşırlar..
Bu vaxta qədər ali təhsil ala bilməyən valideynlər indi həvəslə çalışırlar..
Aynur İbrahimova Ucarın Təzə Şilyan kəndində müxtəlif səbəblərdən təhsildən kənar qalan xanımların yenidən tədrisə cəlbi ilə bağlı layihə ərsəyə gətirib. "Oxumaq heç vaxt gec deyil" layihəsi ilə valideynləri ali məktəblərə hazırlayır. Aynur Ibrahimovaya dəstək olan digər həmkarları da var.
Bu layihəni eşidən valideynlər müsbət qarşılayaraq iştirak ediblər. Onlar hər gün müəyyən olunmuş saatlarda gəlib hazırlaşırlar.
Ucarın bir neçə kəndlərindən müraciətlər var. Təhsil almaq istəyən valideynlər artdıqca əlavə müəllimlər də cəlb oluna bilər. Valideynlərin hazırlığı təmənnasıszdır. Əgər digər rayonlardan iştirak etmək istəyən valideynlər olsa dərslərə onlayn qoşulacaqlar. Qeyd edək ki, layihə iyunun 16-dan start götürüb, valideynlərə ilk dərslər keçirilib. Avqust ayından etibarən daha 3 fənn üzrə əlavə dərslər keçiriləcək.