Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sıla ilə Ahmet Kuralın davasında gözlənilməz qərar

Sıla ilə Ahmet Kuralın davasında gözlənilməz qərar

Tarix: 21 Iyun 2021 20:38

Müğənni Sıla 2018-ci ildə eşq yaşadığı aktyor Ahmet Kuralın Zekeriyaköydəki evində döyüldüyünü, təhdid edildiyini deyərək məhkəməyə müraciət etmişdi.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, Kural haqqında 1 ildən 5 ilə qədər həbs istəyib. 16 ay 20 gün həbs cəzası alan Ahmet haqqındakı qərar apelyasiya məhkəməsi tərəfindən ləğv edilib.

Sıla keçmiş sevgilisini məhkəməyə verdikdən sonra qarşı tərəf onun hadisədən bir neçə saat sonra oxuyub, oynayan videosunu yayımlayıb. hadisədən 18 saat sonra çəkildiyi deyilən görüntülər məhkəməyə təqdim edilib. Orada isə ifaçının qolundakı izlərin olmadığı aşkarlanıb.

Psixoloq Cem Mumcuyla görüşdüyünü, onun istəyi ilə mahnı oxuduğunu deyən Sıla "Həmin an lentə alınan video mediada yayıldı. Elə təqdim edildi ki, şiddət görməmişəm, yalan danışıram" sözlərini söyləyib.

Sıla daha sonra Ahmet Kuralın vəkili Sibel Aydını məhkəməyə verərək, görüntülərin təhrik edildiyini bildirib. Hakim isə Adilin günahı təsdiqlənsə də ona cəza verməyib.


Etiketlər:  Sıla ilə Ahmet Kuralın davasında gözlənilməz qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ