Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 06:36
AVRO-2020-də qrup üçüncüsü kimi 1/8 finala yüksələn ilk komanda müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu, üç qrupda mübarizə başa çatdıqdan sonra rəsmiləşib.
A, B və C qruplarının üçüncüləri arasında ən yaxşı nəticəyə malik olan komanda "dördlük"də yerini təmin edib. Söhbət 6 üçüncü yer sahibindən mərhələ adlayan 4 ən yaxşıdan gedir.
Ən azı 2 qrupdakı qiyabi rəqibini qabarlamaq isə 1/8 finala vəsiqə üçün yetərli olub. A qrupunun üçüncüsü olan İsveçrə bu vəsiqəni əldə edib. Onlar hərəyə üç xal toplayan Ukrayna və Finlandiyadan daha yaxşı nəticəyə malikdir.
A |
İsveçrə |
3 |
1 |
1 |
1 |
4-5 |
4 |
C |
Ukrayna |
3 |
1 |
0 |
2 |
4-5 |
3 |
B |
Finlandiya |
3 |
1 |
0 |
2 |
1-3 |
3 |
3-cü yer sahiblərindən ikisinin aktivində 3 xal olması daha bir komandanın 1/8 finala yolunu açıb. Bu, E qrupunda yer alan İsveç millisidir.
Skandinaviyalılar öz qrupunda ilk üç yerdən birini təmin edib. Aktivində 4 xal olan şimallılar 3-cü olsa belə Ukrayna və Finlandiyanı qabaqlayacaq.
Qeyd edək ki, İtaliya və Uels A, Belçika və Danimarka B, Niderland və Avstriya C qrupunda ilk iki yerin sahibi kimi 1/8 finala yüksəlib.