Tarix: 7 Avqust 2019 12:04
“Beşiktaş” növbəti transferini həyata keçirmək üzrədir.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Vilyarreal"dan ispaniyalı müdafiəçi Viktor Ruisi heyətinə qatmağa hazırlaşır.
30 yaşlı futbolçu artıq İstanbula gəlib. Onu klub rəsmiləri və İstanbul təmsilçisinin azarkeşləri qarşılayıblar. Ruisin bu gün tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən "Vilyarrel"da çıxış edən Ruis 90 oyuna 3 qol vurub.