Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toylara icazə verildi, gözəllik və gəlinlik salonları ''dirildi''

Toylara icazə verildi, gözəllik və gəlinlik salonları ''dirildi''

Tarix: 23 Iyun 2021 00:00

Uzun müddətdir ki, bağlı qalan toy zallarında nəhayət vağzalı sədaları eşidiləcək. Toylarla bağlı çıxan qərardan sonra artıq gözəllik və gəlinlik salonlarında canlanma başlayıb.

Milli.Az xezerxeber.az-ə istinadən bildirir ki, gözəllik salonlarından bildirdilər ki, artıq qərar çıxar-çıxmaz salona gələn zənglər artıb.

Salonlardan bildirdilər ki, tələbin çox olması qiymətlərə təsir göstərməyəcək. Bəzək qiymətləri elə pandemiyadan əvvəlki  kimi qalacaq.

Gözəllik salonlarındakı  vəziyyət gəlinlik salonlarında da yaşanır. Artıq qərardan sonra fotosessiya üçün kirayələnən gəlinliklər toy üçün dəyişdirilib.

Gəlinliklərin qiyməti isə bəzəyinə, formasına görə dəyişir.

Gəlin maşınları sahəsində isə bu gün sakitlik olub. Amma avtomobil kirayə verənlər tezliklə sükutun pozulacağına əmindirlər. Avtomobillərin kirayə qiymətinə gəlincə isə, bu, avtomobilin markasına və həftənin günlərinə görə fərqli olur.

Gəlinlik və bəzək qiymətlərindən fərqli olaraq benzinin bahalaşması və bəzi avtomobil detallarının qiymətindəki artım toy maşınlarının kirayə qiymətinə öz təsirini göstərəcəyi istisna edilmir.

Milli.Az


Etiketlər:  Toylara icazə verildi gözəllik gəlinlik salonları dirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ