Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti havada iş prosesi dayandırılmalıdır - XƏBƏRDARLIQ - VİDEO

İsti havada iş prosesi dayandırılmalıdır - XƏBƏRDARLIQ - VİDEO

Tarix: 23 Iyun 2021 13:14

Ot biçənlər, yol çəkənlər, kanalizasiya borularını təmir edənlər...

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu işçilər hər gün açıq havada eyni iş qrafiki ilə fəaliyyət göstərirlər.

Bu günlərdə hava şəraitinin isti keçməsi açıq havada çalışanların işini xeyli çətinləşdirib.

Gündəlik yüksək temperatur altında çalışan işçilər bildirirlər ki, çox isti olduğu zaman ya otaqlarına çəkilirlər, ya da ağacların altında bir müddət istirahət edirlər.

Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir.

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyir ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir. Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada  iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir.

Vüsal Məmmədov onu da qeyd edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  İsti havada prosesi dayandırılmalıdır XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ