Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş mətbuat katibi HƏBS EDİLİB?

Keçmiş mətbuat katibi HƏBS EDİLİB?

Tarix: 23 Iyun 2021 14:16

Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı"nda baş redaktor, daha sonra "Azərxalça"da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, jurnalistə yaxın mənbələrin sosial şəbəkələrdə yaydığı xəbərə görə, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.

Daha sonra az müddətdə "Moderator.az" saytı ilə əməkdaşlıq edib.


Etiketlər:  Keçmiş mətbuat katibi HƏBS EDİLİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ