Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ pandemiyadan zərər çəkən aeroportlara 8 milyard dollar yardım ayıracaq

ABŞ pandemiyadan zərər çəkən aeroportlara 8 milyard dollar yardım ayıracaq

Tarix: 23 Iyun 2021 22:50

ABŞ-ın Federal Aviasiya İdarəsi koronavirus pandemiyasının nəticələrindən zərər çəkən ölkə aeroportlarının fəaliyyətinin bərpasına yardım məqsədilə qrantlar şəklində 8 milyard dollar ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Federal Aviasiya İdarəsinin saytında yerləşdirilən press-relizdə deyilir.

"Daha çox amerikalının vaksinasiyadan keçərək yenidən səyahətə başladıqları dövrdə qrantlar iş yerlərinin saxlanılmasına imkan verəcək və aviasiya sektorunun bərpasına dəstək olacaq", - deyə ABŞ-ın nəqliyyat naziri Pit Butticic bildirib.

Ayrılan vəsait əməkdaşların maaşlarının ödənilməsinə və tikinti layihələrinin həyata keçirilməsinə sərf ediləcək. Qrantlar, həmçinin terminallarda fəaliyyət göstərən pərakəndə kompaniyaların icarə haqlarının azaldılması üçün də istifadə edilə bilər. Maliyyə dəstəyi almaq üçün aeroport rəhbərliyi əməkdaşlarının pandemiyadan öncəki sayınin azı 90 faizi qədər işçi götürməlidir.

Maliyyələşmə ABŞ Prezidenti Cozef Baydenin təklif etdiyi pandemiya və onun nəticələri ilə qısamüddətli mübarizə tədbirləri üzrə 1,9 trilyon dollarlıq "American Rescue Plan" proqramı çərçivəsində təmin olunur.

Milli.Az


Etiketlər:  ABŞ pandemiyadan zərər çəkən aeroportlara 8 milyard dollar yardım ayıracaq


RƏYLƏR