Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qadın həbsxanası köçürülür

Azərbaycanda qadın həbsxanası köçürülür

Tarix: 24 Iyun 2021 17:32

Azərbaycanda qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsi və yetkinlik yaşına çatmayan şəxslərin tərbiyə müəssisəsi köçürülür.

Sonxeber.net xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, penitensiar sistemin təkmilləşdirilməsi ilə bağlı islahatlar aparılır:

"Dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkumların cəmiyyətə reinteqrasiyası, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması məqsədilə paytaxtda və bölgələrdə penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər, paytaxtın Zabrat qəsəbəsində isə Bakı İstintaq Təcridxanası inşa olunaraq istifadəyə verilib".

Həmçinin qeyd olunub ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən mövcud cəzaçəkmə müəssisələrdə təmir-bərpa, o cümlədən müsbət psixoloji təsirə malik boya-abadlıq işləri aparılır: "Cəmiyyətin həssas təbəqəsi olan qadın və yeniyetmə məhkumlar üçün Bakının Zabrat qəsəbəsində yeni penitensiar müəssisələrin inşa olunaraq cari ildə istifadəyə verilməsi planlaşdırılır.

Yeni tikilən müəssisələr inzibati binadan, 4-6 nəfərlik yataq, həmçinin məişət, tərbiyəçi, psixoloq, ibadət, bərbərxana otaqlarından, kitabxanadan, oxu və akt zallarından ibarət yataqxanadan, tibb-sanitar hissədən, ana-uşaq bölməsindən, orta təhsil və peşə məktəbindən, məhkumların ailələri ilə qısa və uzunmüddətli görüş binasından və asudə vaxtlarının səmərəli təşkili üçün idman sahələrindən ibarət olacaq. Qadın məhbusların həmçinin, faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri, o cümlədən xalça toxuculuq və tikiş sexləri yaradılacaq".


Etiketlər:  Azərbaycanda qadın həbsxanası köçürülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ