Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı

UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı

Tarix: 25 Iyun 2021 17:30

UEFA Avropa çempionatının F qrupundakı Almaniya - Macarıstan maçındakı mümkün ayrıseçkiliklə bağlı intizam işi açıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.

Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. UEFA matçdan əvvəl "Alyans Arena"nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan edib.

Milli.Az


Etiketlər:  UEFA Almaniya Macarıstan oyunu ilə bağlı intizam işi açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ