Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Son 6 ildə 18 220 terrorçu zərərsizləşdirmişik" - Hulusi Akar

Tarix: 25 Iyun 2021 18:14

"Həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində 2015-ci il iyulun 24-dən indiyədək 18 min 220 terrorçu zərərsizləşdirilib. Yalnız bu il məhv edilən terrorçuların sayı isə 1366 nəfərdir".

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 2-ci ordu qərargahını ziyarəti zaman jurnalsitlərə açıqlamasında bildirib.

O, Əfqanıstanın paytaxtı Kabulda Həmid Karzay adına Beynəlxalq Hava Limanı ilə bağlı ABŞ-ın hərbi heyəti ilə görüş barədə də danışıb. O qeyd edib ki, bu, Əfqanıstan üçün həyati əhəmiyyət daşıyan, ölkənin xaricə açılan qapısıdır: "Məsələ ilə bağlı danışıqlar davam edir. Hələ ki qərar qəbul olunmayıb".

Milli.Az


Etiketlər:  Son 6 ildə 18 220 terrorçu zərərsizləşdirmişik Hulusi Akar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ