Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 19:56
Bakı. Mətanət Nəsibova - Trend:
Şirniyyat və un məhsullarının istehsalı ilə məşğul olan "Oz sut" Azərbaycan şirkəti öz çeşidini və xidmət spektrini genişləndirməyi planlaşdırır.
Şirkətdən Trend-ə verilən məlumata görə, "Oz sut"un restoran, dükan, kafelər şəbəkəsi var və xidmət sektorunda xidmətlərin artırılması niyyətindədir:
"Xidmət sektoruna gəldikdə, verilən sifarişləri ünvanlara çatdırılmasını planlaşdırırıq. Bundan əlavə, biz çörək məhsulları və şirniyyat çeşidini genişləndirəcəyik. İlin sonuna qədər istehsal həcmlərinin 10-15 faizədək artmasını planlaşdırırıq".
Onlar şirkətin Türkiyə "Oz sut"un bir filialı olduğunu qeyd ediblər. Şirkətin məhsulları daxili bazarda satılır və ixrac üçün nəzərdə tutulmur.
Şirkət 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin