Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 15:16
Rusiyalı pop ifaçısı Katya Lel müxtəlif arıqlama pəhrizlərinin bədəninə mənfi təsirlərindən danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, 2010-cu ildə musiqi prodüseri Maksim Fadeyevin onun qarşısına 46 kiloqrama qədər arıqlamaq vəzifəsini qoyduğunu xatırlayıb. Lel bu cür radikal dəyişikliklərin fiziki və zehni sağlamlığını ciddi şəkildə təsir etdiyini qeyd edib.
"Psixoloji və fiziki vəziyyətim üçün bu tamamilə səhv idi", - deyən Lel pəhrizin təsirlərinin dağıdıcı olduğunu vurğulayıb.
O, hələ də çox arıqlığa ümumi meyli anlaya bilmədiyini bildirib.
Bununla belə, məşhur ifaçı çəkisini izləməyi dayandırmadığını qeyd edib. O, mütəmadi olaraq idmanla məşğul olduğunu vurğulayıb.