Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 18:12
"Futbolun 8 milyard avro itirdiyi bir vaxtda Çeferin maaşını artırırdı. Avropa Superliqasında heç kimi kənarda qoymaq düşüncəmiz olmayıb. Sadəcə, ən çox azarkeşləri olan klubları bu layihəyə qəbul edirik".
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bunu "Real"ın prezidenti Florentino Peres deyib.
"Kral klubu"nun rəhbəri Avropa Superliqası layihəsindən hələ də vaz keçmədiklərini bildirib. O, hətta UEFA prezidenti Aleksander Çeferini də tənqid edib: "Çeferin bizi Çempionlar Liqasından çıxarmaqla hədələdi. Məhkəmələr belə bir qərarın qanunsuz olduğunu bildirdi. İngiltərə klublarına imtina etmələri üçün FİFA-dan təzyiq oldu. Daha çox pul qazanmaq istəyən klublar gec-tez bununla üzləşməlidirlər. Superliqa isə yerli çempionatlara təsir etməyəcək. Heç bir klub da Superliqanı tərk etməyib. Çünki 12 klubun davam edən müqaviləsi var. UEFA bizi hədələdi, bəzi zavallı ingilislər buna aldandılar".
Qeyd edək ki, Avropanın 12 nəhəng klubunun iştirakı ilə Superliqa keçirilməsi qərara alınsa da, qısa müddət sonra "Yuventus", "Real" və "Barselona"dan sonra digər komandalar yarışdan imtina ediblər.