Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 23:00
Bakı. Trend:
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 21 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olub.
Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.
Notların ödəmə tarixi 4 sentyabr 2019-cu ildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin