Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 19:52
Alimlər -269 ilə +1126 dərəcə Selsi arasında sıfır istilik genişlənmə ilə yeni növ material tapıb. Bu material gələcəyin təyyarəsi üçün ideal ola bilər. Təyyarə qurarkən, havaya qalxan zaman yüksək istiliyin və səmada yüksəklikdə uçarkən soyuqluğun konstruksiyaya necə təsir edəcəyi düşünülməlidir. Bu temperatur dəyişikliklərinə deformasiya etmədən dözə bilən bir neçə material mövcuddur.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, Avstraliya Yeni Cənubi Uels Universitetindən (UNSW) bir qrup alim -269 C ilə + 1126 C arasında sıfır termal genişlənmə nümayiş etdirən material hazırladı. Material təsadüfən aşkar edilib. Material skandium, alüminium, volfram və oksigendən ibarətdir. Bunlardan yalnız skandium nadirdir və alimlər artıq alternativin axtarır.
"Biz batareya araşdırması ilə əlaqədar olaraq bu materialları sınaqdan keçirdik və bu kompozisiyanın unikal xüsusiyyətlərinə rast gəldik", - deyə professor Neerac Şarman qeyd edib. Alimlər yeni materiallarını "ortorombik Sc1.5Al0.5W3O12" adlandırıb. Bu material təyyarə və kosmik gəmi qurulmasından tutmuş elektron cihazlara və hətta tibbi avadanlıqlara qədər bir çox sahələrdə tətbiq edilir.