Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 20:36
Pandemiya başlayandan müxtəlif alim və həkimlər kovidin təbii yox, süni yaradılması, bioloji və hətta kimyəvi silah olması barədə fikirləri irəli sürürlər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim infeksionist, professor Mixail Bala virusun süni mənşəli və bioloji silah olduğunun sübutunu açıqlayıb.
Bala virusun orqanizmə daxil olduğu zaman immun sistemin reaksiyasının özəlliyinə diqqət çəkib.
İmmunitet paradoksal şəkildə işləyir deyə professor heyrətini gizlətmir.
"Adətən infeksion viruslarda virus hüceyrəyə daxil olsa, onu özünə tab etmək prosesi işə düşür, bu zaman virusa mane olmaq üçün virusəleyhinə immun müdafiə mexanizmi işə düşür və qısa müddətə vəziyyətə nəzarət olunur. Lakin koronavirusda bunun tam əksinədir.
İmmunitet elə kəskin təlatümlü reaksiya verir ki, biosistemlərin özünü dağıtma prosesi başlayır. İmmunitet heç vaxt olmadığı qədər ağlını itirir, orqanizmin bütün əsas sistemlərini vurur. Müdafiə etmək əvəzinə özü bədənə qənim kəsilir. İmmunitet nə qədər güclü, sağlamdırsa bir o qədər böyük masştabda dağıdıcı proses işə düşür və xəstənin daxili orqan və sistemləri çökür. İmmunitet mübarizə və müdafiə proqramlarını itirir, hər şeyin əksinə gedir, öz mexanizmlərini dağıtmağa başlayır. Virus asanlıqla hüceyrələri ələ alır və orda mübadiləni tam pozur. Xroniki və yaşlı xəstələrdə öncədən də hüceyrələr zərər çəkdiyi və zəif olduğu üçün, daha çox sayda hüceyrə ziyan görür. Ona görə belə xəstələrdə Sitoken qasırğası sürətl başlayır və xəstəni öldürür".
Professor Bala qeyd edib ki, uzun müddətli inkubasiya dövrünün olması, yüksək və sürətli yoluxuculuq qabiliyyəti və çox ağır sitoken fırtınası törədə bilməsi koronavirusun süni mənşəli olmasının digər göstəriciləridir. Koronavirusa qədər tibb heç vaxt virusu kənarda qoyub, immunitetin özünü məhv etməsi prosesi ilə mübarizə aparmayıb.
Bu virus insan immunitetinin mexanizmlərini komputer dəqiqliyi ilə öyrənib və onun cavab reaksiyalarına qarşı silahlandırılıb. Heç bri təbii virus belə gücə malik olmayıb və olmayacaq. İmmunitetin mexanizm sirlərini ancaq alimlər bilir.