Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsli kəsilməkdə olan mavi balinalar aşkar edilib

Nəsli kəsilməkdə olan mavi balinalar aşkar edilib

Tarix: 27 Iyun 2021 21:46

Avstraliya Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları Hind okeanında nəsli kəsilməkdə olan mavi balinaların yeni populyasiyasını aşkar edib. "Hind okeanının ortasında tamamilə yeni növ cırtdan mavi balinalar qrupunu tapmışıq", - deyə tədqiqatın baş müəllifi, professor Treysi Rocers söyləyib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, professor bu qrupda nə qədər balinanın olduğunu bilinmədiyini, amma eşidilən səslərin çox olduğuna əsasən, onların çox sayda olması güman edilir. Avstraliyalı alimlər bu populyasiyanı Nüvə Sınaqlarının Qadağan edilməsi Müqavilə Təşkilatının məlumatları sayəsində aşkar edə bildiklərini qeyd edir. Alimlər təşkilatın okeanoqrafiya tədqiqatlarında, balinaların səslərinin 500 km məsafədə eşidilən çox güclü bir səs siqnalını aşkar edib. Bu "mahnı"lar əvvəllər qeydə alınmamışdır və bu da alimlərə Hind okeanında yeni bir populyasiyanın meydana gəldiyini düşünməyə əsas verir.


Etiketlər:  Nəsli kəsilməkdə olan mavi balinalar aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ