Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 08:24
Bakı. Trend:
Bu gün Qırğızıstanda Koy-Taş kəndindəki iğtişaşlar şəraitində Təhlükəsizlik Şurasının iclası başlayıb.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbutr xidmətindən bildirilib.
Məlumata əsasən, iclas Qırğızıstan prezidenti Sooranbay Jeenbekovun sədrliyi ilə keçirilir:
"Mətbuatın iştirakı olmadan baş tutan iclasın gündəliyində “7 Avqust 2019-cu il tarixli vəziyyətlə əlaqədar təhlükəsizlik və qanunun aliliyinin təmin edilməsi haqqında” məsələyə baxılır".
Qeyd edək ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlıları Çuy rayonunun Koy-Daş kəndində Atambayevi güc tətbiq etməklə tutmaq cəhdi uğursuz olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin