Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 23:42
Lomonosov adına Moskva Dövlət Universitetinin tədqiqatçısı Aleksey Osokin son dövrlərdə Günəşin aktivliyinin gözlənilməz şəkildə dəyişdiyini, bunun 17-ci əsrdə olduğu kimi Yer üzündə qlobal istiləşmə əvəzinə kiçik buz dövrü olacağına gətirib çıxara biləcəyini söyləyib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, mütəxəssis deyib: "İndi aktiv Günəş illərində maksimum günəş aktivliyində azalma müşahidə edirik. Bunun çox xoş olmayacağını deyirlər. İndi söhbət yalnız qlobal istiləşmədən getmir, hər şey 17-ci əsrdə olduğu kimi də ola bilər. Belə olduqda Temza buz bağlayacaq, bu halda bizdə vəziyyəti təsəvvür etmək belə qorxuludur".
Günəş ləkələri üzərində aparılan araşdırmalara əsasən, 17-ci ildə praktiki olaraq çox aşağı Günəş aktivliyi müşahidə edilib. Astronom Edvard Maunder 19-cu əsrin sonunda əvvəlki astronomların qeydlərini araşdıraraq belə bir nəticəyə gəlib. Onun sözlərinə görə, Günəş alovları ilə yer üzündəki istilik arasında birmənalı əlaqə təyin edilməyib və bir çox alimlər "Maunder minimumu" (1645-dən 1715-ə qədər Günəş ləkələrinin sayında uzunmüddətli azalma dövrü) bir təsadüf ola biləcəyini hesab edir. Eyni zamanda, Osokin Günəşlə Yer arasında əlaqələrinin mürəkkəb olduğunu söyləyib. Onun sözlərinə görə, bəzi çox "incə" hadisələr Yerdəki hava şəraitinə təsir göstərə bilər.