Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa kubokunda Azərbaycanı 10 cüdoçu təmsil edəcək

Avropa kubokunda Azərbaycanı 10 cüdoçu təmsil edəcək

Tarix: 28 Iyun 2021 00:46

İyulun 3-də Portuqaliyada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.

Milli.Az xəbər verir ki, turnirdə Azərbaycanı 10 cüdoçudan ibarət komanda təmsil edəcək. Belə ki, yarışda Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir iyulun 4-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Avropa kubokunda Azərbaycanı cüdoçu təmsil edəcək


RƏYLƏR