Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2021 10:44
Polisə müraciət edən Yevgeni adlı 54 yaşlı şəxs üzləşdiyi qeyri-adi oğurluq faktı barədə məlumat verib.
Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, məktəbli qidası kombinatının direktor müavini əvvəl problemi barədə heç kimə nəsə demək istəm'yib. Lakin vəziyyət ona bunu məcbur edib. Polisə deyib ki, gecəni iki qadınla keçirmək çoxdankı arzusu olub. Lakin arvadı ona belə eksperiment keçirməyə icazə verməyib. Nəhayət, bir gün xanımı bağa gedəndə arzusunu həyata keçirib. Sayta girib iki qız seçib və telefonla onlara zəng edib.
Saat 10-da artıq qızlar evdə olub. Öhdəliklərini yerinə yetirib, pullarını aldıqdan sonra çıxıb gediblər. Kişi də elə bilib ki, bundan heç kim xəbər tutmayacaq. Səhər oyananda evdən qızıl-zinyət əşyalarının yoxa çıxdığını görüb. Arvadına təbii ki, bunları demək istəməyib. Və tez bir zamanda itənləri geri qaytarmaq istəyib və polisə məlumat verib.
Hələ ki qiymətli əşyaları tapmaq mümkün olmayıb.
Kamran Seyidov