Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nura Suri gileyləndi: “Əclaflıq edirlər“

Nura Suri gileyləndi: “Əclaflıq edirlər“

Tarix: 29 Iyun 2021 20:25

"Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır".

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

O, insanların haqsızlıq etməsinə üsyan edib:

"Bu həyatda dözə bilmədiyim yalnız haqsızlıqdır. Özümə qarşı o qədər haqsızlıq görmüşəm ki, artıq təəccüblənmirəm. Nə qədər yalan, böhtan, şər, qeybət görmüşəm, eşitmişəm özümə qarşı... Sayı-hesabı yoxdur. Çoxu da yaxşılığım keçən insanlar olub. Baxıram ki, yox, elə rahat yaşamağa davam edirlər. Ətrafımda yaxşı insanlar da az deyil. Nə yaxşı ki, hələ onlar var. Amma buna baxmayaraq, insanlardan bezmişəm.Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır".

Xanım sənətçi get-gedə insanların robotlaşdığını qeyd edib:

"Hər şey get-gedə mənasını itirir. Hamı robotlaşır, elə mən də. Hissiyyatsız, saxta insanların arasında özümüz də itirik. Bir çürük meyvəni başqa meyvələrin arasına qoysanız, hamısı çürüməyə başlayır. İnsanlar da elədir. Necə qoruyaq özümüzü? Bilmirəm".

Milli.Az


Etiketlər:  Nura Suri gileyləndi Əclaflıq edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ