Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benzema azarkeşlərə müraciət etdi

Benzema azarkeşlərə müraciət etdi

Tarix: 30 Iyun 2021 05:40

Fransa millisinin hücumçusu Kərim Benzema Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyundan (3:3, penaltilər seriyası - 4:5) sonra azarkeşlərə müraciət edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "İnstaqram" səhifəsində yazıb:

"Dünənki oyunun nəticəsindən kədərləndim və məyus oldum. Məyusluq həddən artıq böyükdür, çünki sizi həyəcanlandırmağa davam etmək istəyirdik. Buna baxmayaraq, çempionatın əvvəlindən göstərdiyiniz dəstəyə görə təşəkkür edirik. Hər gün bizə bəxş etdiyiniz gücə görə minnətdaram. Bu, asan deyil, amma növbəti turnirlərə daha yaxşı hazırlaşmaq və daha da güclü qayıtmaq üçün mübarizəmizi davam etdirəcəyik".


Etiketlər:  Benzema azarkeşlərə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ