Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar Putinə bir milyon sual ünvanladılar: Prezidentdən nə soruşurlar?

Ruslar Putinə bir milyon sual ünvanladılar: Prezidentdən nə soruşurlar?

Tarix: 30 Iyun 2021 13:14

Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt"də  ölkə vətəndaşlarının suallarını cavablandırır.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, artıq prezidentə 1 milyondan çox sual ünvanlanıb.

"Rossiya 24" kanalının məlumatına görə, Putinə ünvanlanan 1 256 048 sualdan 658 183-ü koll-mərkəz, 331 070 SMS, 33 487 sosial şəbəkələr vasitəsiylə edilib.

Suallar koronavirusla mübarizə və peyvəndləmədən tutmuş, iqtisadi vəziyyət, təqaüdlər, ABŞ-la münasibətlərədək müxtəlif mövzuları əhatə edir.

Xatırladaq ki, "Birbaşa xətt" Bakı vaxtıyla saat 13-də başlayıb.


Etiketlər:  Ruslar Putinə milyon sual ünvanladılar Prezidentdən soruşurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ