Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəstək göstəriləcək saytların siyahısı hazırlanır - MEDİA

Dəstək göstəriləcək saytların siyahısı hazırlanır - MEDİA

Tarix: 30 Iyun 2021 17:18

Medianın İnkişafı Agentliyinin onlayn mediaya dəstək müsabiqəsinə müraciət bitsə də, dəstək göstəriləcək saytların siyahısı hələ tam hazır deyil.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

S.Şəfiyeva qeyd edib ki, müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Agentlik onlayn mediaya dəstək layihəsi elan edib. Müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilər.

Müsabiqəyə müraciət 11 iyun 2021-ci ildə bitib.

Milli.Az


Etiketlər:  Dəstək göstəriləcək saytların siyahısı hazırlanır MEDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ