Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəstəkar müğənni "keçmiş sevgilim” deyir - VİDEO - FOTO

Bəstəkar müğənni

Tarix: 30 Iyun 2021 17:30

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva növbəti layihəsini təqdim edib. Mahnı "Keçmiş sevgilim" adlanır. Mahnının sözləri Cəlil Cavanşirə, musiqisi xanım ifaçının özünə, aranjimanı isə Əli İbrahimzadə və Tərlan Məmmədliyə aiddir. 

Adı çəkilən ifaçılar 4MOOD qrupu kimi Sivva ilə həm də klipdə tərəf müqabili olublar. "Keçmiş sevgilim" üçün maraqlı məkanlar, o cümlədən gəmi və dənizkənarı milli park seçilib. 

Əsas epizodlar "Suraxanı" gəmi-muzeyində lentə alınıb. 

Qeyd edək ki, bu gəmi dünyanın ilk tanker-muzeyidir. Ekran işində müğənni xanım bir neçə obrazda maraqlı və fərqli performans nümayiş etdirib. Rok üslubunda yazılan "Keçmiş sevgilim" mahnısı və çəkilən klip tamaşaçıların ixtiyarına 30 iyun "Milli Sevgililər Günü"ndə verilib.

Milli.Az


Etiketlər:  Bəstəkar müğənni keçmiş sevgilim deyir VİDEO FOTO


RƏYLƏR