Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc güləşçimiz Avropa çempionatında daha bir qızıl medal qazanıb

Gənc güləşçimiz Avropa çempionatında daha bir qızıl medal qazanıb

Tarix: 1 Iyul 2021 08:30

Daha bir gənc sərbəst güləşçimiz Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Güləş Federasiyasından verilən məlumata görə, milli komandamızın üzvü Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. C.Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən C.Haclyev son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb.

C.Hacıyev iyunun 30-da keçirilən həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (61 kq) və Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıblar.

Milli.Az


Etiketlər:  Gənc güləşçimiz Avropa çempionatında daha qızıl medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ