Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son zəngində özünə şəhidlik arzulamışdı - VİDEO

Son zəngində özünə şəhidlik arzulamışdı - VİDEO

Tarix: 1 Iyul 2021 10:50

O, özünə şəhadət arzulayırdı. Sanki qarşıda vətənin azadlığı uğrunda son savaşın başlayacağını bilirdi və bu savaşda öz yerini artıq müəyyən etmişdi. Söhbət Samux rayonundan olan qəhrəmanımız Nurəddin Hümbətovdan gedir. O, 44 günlük vətən müharibəsində böyük şücaət göstərib. Onun döyüş yolu Murovdağ istiqamətindən Şuşaya qədər davam edib. Qəhrəmanımız ölümündən sonra 4 medalla təltif edilib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, hələ bir neçə il bundan əvvəl məzun günündə özünə şəhidlik arzulamışdı. Torpaqlarımızın azadlığı uğrunda şəhidliyə can atan gənc 44 günlük vətən müharibəsində arzusuna çatdı.

Samux rayonundan olan Nurəddin Hümbətov hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qayıdıb. MAXE kimi xidmətə başlayan qəhrəmanımız vətən müharibəsində böyük şücaət göstərib. 

Döyüşlərdə düşmənə qan udduran Nurəddin Hümbətov Şuşanın azad edilməsindən bir gün sonra şəhadətə yüksəlib. 

Vətən üçün canını fəda edən 22 yaşlı şəhidimiz ailəsi üçün əsl qürur mənbəyinə çevrilib.

Şəhid qəhrəmanımız ölümündən sonra  "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunamsına görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.


Etiketlər:  zəngində özünə şəhidlik arzulamışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ