Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dördüncü dəfə ayrıldılar

Dördüncü dəfə ayrıldılar

Tarix: 1 Iyul 2021 19:40

Modelyer Gülşah Saraçoğlu sevgilisi Gökhan Gözdən dördüncü dəfə ayrıldıqlarını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 39 yaşlı modelyer sosial media hesabında ötən həftə evlilik qərarı aldığı Gökhandan ayrıldığı ilə bağlı paylaşım edib:

"Sevgilim olan Gökhan bəylə evlənməyi qərarlaşdırmışdıq. Hər şey hazır idi, amma evlilik baş tutmadı. Təəssüf ki, heç tanımadığım bir qadının qarışıq münasibətləri səbəbindən. Hər şey bura qədərmiş, bir daha olmayacaq".

Qeyd edək ki, cütlük bundan əvvəl də bir neçə dəfə ayrılıq qərarı alıb. Sonuncu ayrılıqlarında Gülşah Gökhanın evinə gedərək bütün əşyalarını sındırıb İnstaqramda paylaşmışdı.

Milli.Az


Etiketlər:  Dördüncü dəfə ayrıldılar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ