Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Amerikada günə 75 dollara sürücü işləyirdim''

''Amerikada günə 75 dollara sürücü işləyirdim''

Tarix: 1 Iyul 2021 20:44

"Sen çal kapımı" serialında həmkarı Hande Erçellə eşq yaşayan Kərəm Bürsin qonaq olduğu verlişlərin birində gənclik illərində yaşadığı çətinliklərdən söhbət açıb.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, aktyor atasının işi səbəbindən uzun müddət xaricdə yaşadığını bildirib:

"Davamlı olaraq yeni bir həyat qururduq. Dünyanın harasında olursan ol, insan qəlbi eynidir. İndoneziyanı öz evim kimi hiss edirdim. Ən uzun qaldığım yer isə İstanbul olub. 11 il Amerikada yaşadım. Los-Ancelesdə günə 75 dollar qarşılığında sürücü işləyirdim.

Bostonda marketinq rabitə şöbəsini bitirmişəm. Bunu bir sığorta kimi düşünün. Atam heç vaxt aktyor olmağımı istəmirdi. Anam isə məni gizlicə dəstəkləyib".

Aktyor "Bir aludəçiliyin varmı?" sualını belə cavablayıb:

"Əvvəlcə duşda şampun istifadə etməliyəm. Əks təqdirdə günün pis olacağına inanıram. Əvvəlcə şampun, sabun, krem, sonra yenidən sabun. Ətri əlimə 3 dəfə sıxmalıyam. Boynuma sürtdükdən sonra "X" etməliyəm".


Etiketlər:  Amerikada günə dollara sürücü işləyirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ