Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa ilə oyunda məşhurlaşan azarkeşə pulsuz bilet verildi - FOTO

Fransa ilə oyunda məşhurlaşan azarkeşə pulsuz bilet verildi - FOTO

Tarix: 2 Iyul 2021 11:40

Avro-2020-nin 1/8 finalında Fransa ilə matçda məşhurlaşan isveçrəli azarkeş Luka Loutenbaxa "Swiss air" və İsveçrə Turizm Agentliyi Rusiyaya səyahət üçün pulsuz bilet verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, komandasının bu gün İspaniyaya qarşı oyununu izləmək üçün Sankt-Peterburqa yollanacaq.

Qeyd edək ki, Luka Loutenbax Fransa ilə matçda İsveçrə yığması hesabda geri olduğu üçün ağlasa da, komandasının 2 dəqiqə sonra vurduğu qola görə sevincindən köynəyini cırmışdı. Məhz bundan sonra azarkeş bütün dünyanın diqqət mərkəzinə düşmüşdü.

Milli.Az


Etiketlər:  Fransa ilə oyunda məşhurlaşan azarkeşə pulsuz bilet verildi FOTO


RƏYLƏR