Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın ailə şirkətinə və baş maliyyəçisinə ittiham irəli sürüldü

Trampın ailə şirkətinə və baş maliyyəçisinə ittiham irəli sürüldü

Tarix: 2 Iyul 2021 11:46

ABŞ-da keçmiş prezident Donald Trampa dair iki ildir ki, davam edən araşdırmanın ardınca "The Trump Organization" şirkətinə və onun baş maliyyəçisinə qarşı "geniş və açıq-aşkar" vergi dələduzluğu sxemi ilə bağlı ittiham irəli sürülüb.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki,  Nyu York prokurorlarının iyulun 1-də açıqladıqları ittihamnaməyə görə baş maliyyəçi Allen Veyselberq və "The Trump Organization" 2005-ci ildən indiyədək şirkətin vəzifəli işçilərinə hesabatsız maaşlar verməklə dövlətə və şəhərə vergi ödənişində xüsusilə böyük məbləğdə fırıldaq gəliblər.

Veyselberqin özü ev kirayəsi, təhsil haqları, habelə lisenziya ödənişləri də daxil qeyri-pul bonuslarına görə 1.7 milyon dollar məbləğində vergidən yayınıb.Həm Veyselberq, həm də "Trump Organization" şirkətinin vəkilləri məhkəmə qarşısında təqsirsiz olduqlarını bəyan ediblər. Bu ittihamnamə Manhettan sahə prokurorluğunun "Trump Organization" şirkətində dələduzluq iddiaları ilə bağlı iki ildir ki, apardığı təhqiqatın yekunu olub.

Keçmiş prezident və onun ailə üzvlərinə qarşı bu mərhələdə heç bir ittiham irəli sürülməyib. "Trump Organization" şirkəti təqsirli bilinərsə, başqa cəza və cərimələrlə də üzləşə bilər. Digər tərəfdən bu ittihamlardan Veyselberqin istintaqla əməkdaşlığa cəlb olunması üçün ona təzyiq göstərilməsi aləti kimi istifadə edilə bilər.

"Trump Organization" şirkətinin bəyanatında deyilir ki, baş maliyyəçidən keçmiş prezidentin özünə çıxmaq üçün "qarmaq" kimi istifadə etmək istəyirlər. Bəyanatda "bu, ədalət yox, siyasətdir" deyilir. Davam edən istintaqın xətlərindən biri də Tramp şirkətinin daha az vergi ödəmək və daha sərfəli kreditlər almaq məqsədilə daşınmaz əmlakının dəyərini manipulyasiya edib-etməməsini üzə çıxarmalıdır. Həmin təhqiqat Trampın prezident seçilməsindən əvvəlki dövrü əhatə edir. Təhqiqat habelə Trampın 8 illik vergi ödənişlərini araşdırmalıdır.

"The Trump Organization" şirkəti ailə holdinqi kimi özünün qolf klublarına, otellərinə və lüks mülklərinə malikdir. Tramp 2017-ci ildə prezidentliyə başlayarkən öz biznesini iki oğlunun və Veyselberqin nəzarətinə verib.


Etiketlər:  Trampın ailə şirkətinə baş maliyyəçisinə ittiham irəli sürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ