Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin içki dünyası - Qalmaqallı FOTO

Mahir Emrelinin içki dünyası - Qalmaqallı FOTO

Tarix: 2 Iyul 2021 18:50

"Qarabağ"ın sabiq legioneri Yakub Jezniçak Mahir Emreli ilə görüşüb.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, polşalı müdafiəçi "Legiya" ilə müqavilə bağlayan millimizin hücumçusu ilə çəkdirdiyi fotonu sosial şəbəkədə yerləşdirib.

Paylaşımdan görünür ki, tərəflər yemək masası arxasında bir araya gəlib və... burada şərab badəsi gözə dəyir.

Aha, bu, nədir? Mahir "Qarabağ"dan içkiyə sevgisinə görə ayrılıb? Yoxsa "Legiya"nın yoxlama görüşlərində vurduğu 4 qol başını dumanlandırıb? Nə tez..? Təəssüf.

Mahirin legioner həyaatına başladığı heç 1 ay deyil. Ondan gözləntilər böyükdür. Hər halda ölkə xaricinə çıxan azsaylı azərbaycanlı futbolçulardan birdir.

Bir növ, diplomatdır, ikinqat məsuliyyətli tərpənməyə, diqqətli olmağa məhkumdur.

Onun vəzifəsi budur - yeni çığır açmalıdır. Ki, sabah-birigün başqa oyunçularımız da Azərbaycanın hüdudlarından kənara çıxsın, təkliflər alsn.

Necə ki, 35 yaşlı Burak Yılmaz bunu bu gün Türkiyə futbolu üçün edir. Məhz onun "Lill"də göstərdiyi performans PSJ-ni çoxillik çempionluq taxtından endirdi, komandası çempion oldu.

Üstündən çox keçməyib, Fransa klubları bir-birinin ardınca Türkiyə bazarıına üz tutub, yaxşı futbolçu axtarışına çıxıb.

Mahirin borcu bu tendensiyanı Azərbaycan futbolu və futbolçusu üçün yaratmaqdır. O da etməsə, kim edəcək? Allahın verdiyi istedaddan yalnız özü üçün bəhrələnməməlidir, yaxşı nümunə olmalıdır.

İçki məclisində iştirak etməsi şəxsi qərarıdır. Öz həyatıdır, özü bilər. Ancaq həmin görüşdən yadigar qalması üçün çəkilən şəklin sosial şəbəkədə yayılması hadisənin ictimai-sosial yükünü artırır, Mahirə bəslənən ümidin dozasını isə kəskin azaldır.

6 il "Qarabağ"ın formasını geyinən Mahir bu müddətdə dəfələrlə məşqçi korpusunun qəzəbinə tuş gəlib. İdmançı rejiminə riayət etəməməklə. İntizamsızlığa yol verməklə.

Müxtəlif ərköyün hərəkətləri təkrarlamaqla. Qurban Qurbanov onu bu səbəbdən bir neçə dəfə klub bazasından evə göndərib, cərimələyib, xəbərdarlıq edib.

Görünür, Mahir hələ də başa düşmür, yaxud qəbul etmək istəmir ki, o, bu gün göz qabağındadır, Azərbaycan futbolunun Avropadakı əsas səfiridir.

Heyhat, yenə öz bildiyini edir, öz həyatını yaşayır.

Sanki "Qarabğ"dan getməklə inkişafı deyil, yalnız bunları düşündüyünü israrla nümayiş etdirməyə çalışır - İçki, əyləncə, gecə həyatı üçün.

Milli.Az


Etiketlər:  Mahir Emrelinin içki dünyası Qalmaqallı FOTO


RƏYLƏR