Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 22:50
Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verildi. Sonxeber.net xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.
Öncə İsveçrə yığması İspaniya millisi ilə qarşılaşdı. Oyun Rusiyanın Sankt-Peterburq şəhərində keçirildi. İspaniya penaltilər seriyasından sonra qalib gəldi.
Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutacaq. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gələcəklər.
1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.
AÇ-2020
1/4 final
2 iyul
İsveçrə - İspaniya 1:1 (pen. 1:3)
Qol: C.Şakiri, 68 - D.Zakariya, 8-öz qapısına.
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. "Zenit" stadionu.
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 6. Denis Zakariya, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri (k).
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 4. Pau Torres, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 18. Jordi Alba, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.
23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. "Alyans Arena".
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 5. Yan Vertongen (k), 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 15. Tomas Munye, 16. Torqan Hazard, 25. Jeremi Doku.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.