Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobil qaz borusu təmir olunan quyuya düşüb - "Azəriqaz"dan AÇIQLAMA (FOTO)

Bakıda avtomobil qaz borusu təmir olunan quyuya düşüb -

Tarix: 8 Avqust 2019 17:04

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.

“Azəriqaz” İstehsalat Birliyinindən Trend-ə verilən məlumata görə, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib. Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Təqdim etdiyimiz fotolarda da əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xəttləri də əksini tapır.

Məlumatda həmçinin qeyd olunur ki, işlərə başlamamışdan əvvəl ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb:

“Azəriqaz” olaraq qeyd edirik ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər”.


Etiketlər:  Bakıda avtomobil qaz borusu təmir olunan quyuya düşüb Azəriqazdan AÇIQLAMA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ