Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın oyununa nə qədər bilet satılıb?

''Qarabağ''ın oyununa nə qədər bilet satılıb?

Tarix: 8 Avqust 2019 17:28

Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL cavab matçına maraq böyükdür.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında  bu oyun üçün artıq 5 min biletin satıldığını bildirib. Biletlərin hamısının matç  gününə kimi satılıb qurtaracağı gözlənilir.

Qeyd edək ki, biletlər dünəndən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.Biletlərin satış məntəqələri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dır (onlayn).

Xatırladaq ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq. "Qarabağ" səfərdəki oyunda 2:1 qalib gəlib.

 


Etiketlər:  Qarabağın oyununa qədər bilet satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ