Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tayvanda güclü zəlzələ: İşıqlar söndü, qatarlar dayandı

Tayvanda güclü zəlzələ: İşıqlar söndü, qatarlar dayandı

Tarix: 8 Avqust 2019 17:36

Bakı. Trend:

Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, güclü zəlzələ nəticəsində İlan əyalətində elektrik enerjisinin verilişi dayanıb.

Bölgədə on minlərlə sakin işıqsız qalıb.

Bununla yanaşı, yeraltı təkanlar nəqliyyatın hərəkətini də iflic edib. Bəzi bölgələrdə qatarların hərəkəti dayanıb, bəzi yerlərdə isə sürət həddi saatda 60 kilometrədək azaldılıb.

Qeyd olunur ki, bir neçə saatlıq fasilədən sonra elektrik enerjisi və qatarların hərəkəti bərpa edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tayvanda güclü zəlzələ İşıqlar söndü qatarlar dayandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ