Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 11:50
Adana (Türkiyə) sakini olan 30 yaşlı Gülsüm Köksalın inanılmaz hərəkəri hər kəsi şoka salıb. İki yaxınının ərləri ilə eşq yaşayan bu qadın onların ailəsinin dağılmasına səbəb olub.
Sonxeber.net haberler.com-a istinadən xanımın eşq təfərrüatlarını təqdim edir. Məlumata görə, Köksal əvvəlcə bacısının qızı Sevgi Kendircioğlunun əri ilə sevgili olub. 2017-ci ildə Balıkəsirdə kişi ilə mesajlaşmağa başlayıb. Və münasibətləri yaranıb. Əri tərəfindən aldadıldığından şübhələnən Kendircioğlu Adanada anasının yanına dönüb. Bir müddət sonra isə Köksalı bu eşq yorub və növbəti "ova" çıxıb. Yenə də hədəf ən yaxını olub. Bu dəfə böyük bacısı Emine Güderin əri ilə izdivac qurub. Hətta xoşbəxtlik pozalarını sosial mediada paylaşıb.
Həqiqəti öyrənəndə şoka düşən Sevgi Kendircioğlu ərindən boşanıb. Emine Güder, "Əvvəlcə qızımın ərini, indi də ərimi məndən aldı. Bu necə bir bacıdır? Bunu insan düşməninə qarşı belə etməz. Ən çox etibar etdiyim adam ərimi əlimdən aldı. Başqası olsaydı bu qədər narahat olmazdım. İttihamları qəbul etməyən Gülsüm Köksal, "Mənə böhtan atırlar. Adımı ləkələmək istəyirlər" deyərək özünü müdafiə etməyə çalışıb.
Kamran Seyidov