Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəyyamla Ayan arasında nə baş verir?

Xəyyamla Ayan arasında nə baş verir?

Tarix: 5 Iyul 2021 15:45

Müğənnilər Xəyyam Nisanovla Ayan Babakişiyeva küsülüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ayan bir müddət əvvəl "Xəyyam mənə qarşı düzgün hərəkət etmədi" açıqlamasını verərək danışmadıqlarını demişdi.

Məsələyə Xəyyam da reaksiya verib. O bildirib ki, Ayandan incik deyil:

"Kimləsə insident olur. Ondan nəticə çıxarırsan, onunla davam edirsən. "Hamıyla münasibətim yaxşıdır" deyə bilmərəm. Hər kəsin öz mövqeyi var. Bu mövqe hamıya xoş gələ bilməz. Bizim aramızda fikir ayrılığı var. Xırda məsələdir, inciklik yoxdur. Kişilər inciməməlidir. Kişi nəticə çıxarmalıdır".

Xəyyam Ayanın "Bir çəkilişdə üz-üzə gəldik" "Yenə deyirəm, mövqelərimiz fərqlidir" cavabını verib.

Milli.Az


Etiketlər:  Xəyyamla Ayan arasında baş verir


RƏYLƏR