Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 04:45
"Solo karyerama başlayan və qrupdan çıxanda həyatımda bir şeylər baş verdi. Mənfilər oldu. Yenə də Ramal İsrafilova müraciət etdim. Dedim, bir nəfəeə aid olmasın. İnsafsızlar, onlar etdi. Can evimdən vurdular. Ramal bunu tutdu və fortepiano önünə əyləşdi və "İnsafsızlar" mahnısını yazdı".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə "Özəl" proqramında qonaq olarkən deyib. Sənətçi uzun müddət sonra efirə çıxıb. O, ilk olaraq "İnsafsızlar" mahnısından danışıb.
Samir "Eurovision 2008"də iştirak etməsindən danışıb:
"Təklif gələndə istəmirdim. Bilirdim ki, ilk olmaq çətin və ağır idi. Olacaqları üstümdə hiss edirdim. Amma razılaşdım. 2008-ci ildə on ölkə arasına girmək önəmli idi. Sosial şəbəkə o vaxtlar yox idi, hər kəs bizlə bağlı xəbəri internetdən və saytlardan alırdı. Biz amma sevildik".