Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğlum barədə bu xəbəri eşidəndə quruyub qaldım'' - əməkdar məşqçi - FOTO

''Oğlum barədə bu xəbəri eşidəndə quruyub qaldım'' - əməkdar məşqçi - FOTO

Tarix: 6 Iyul 2021 19:48

"Oğlumun Olimpiadaya aparılmaması federasiya idmançısında çıxan dopinqlə bağlıdır".

Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a Əməkdar idman xadimi, Əməkdar məşqçi, Azərbaycan Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasının üzvü Vahid Nəzərov deyib.

O, ağırlıqqaldırma idman növünün 109 kq çəki dərəcəsində çıxış etməli olan oğlu Əliş Nəzərovun Olimpiadaya aparılmamasını belə əlaqələndirib:

"Dünən oğlumun Olimpiadaya aparılmamasını eşidəndə məni cərəyan vurdu. Onun iştirak edəcəyinə inanırdım. Hətta sizə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ona akkreditasiya verildiyini göstərmişdim. Görünür, o da ləğv olunacaq.

Oğluma lisenziya verilməməsi Boyanka Kostova ilə bağlıdır. O, bizim federasiyadakıların məsuliyyətsizliyi üzündən nəzarətsiz qalıb, dopinqdən istifadə etdi. İndi də cəzasını çəkir. Bu səbəbdən Azərbaycana yer ayrılmadı. Ardıcıl ikinci dəfə Olimpiadada ağırlıqqaldırmadan heç kim iştirak etməyəcək.

Tokio Olimpiadasında hakim və ya münsiflər heyəti kimi iştirak edəcək Vahid Nəzərov onu da bildirib ki, oğlunun xəbərini eşidəndən sonra yarışa getmək istəməyib:

"Bunu eşidəndən sonra özüm də Olimpiadada iştirak etmək istəmirdim. Təmiz həvəsdən düşdüm. Amma mənə dedilər ki, Azərbaycanı bir dənə bu idmandan təmsil edəcək yeganə insan sənsən. Ona görə fikrimdən vaz keçdim".


Etiketlər:  Oğlum barədə xəbəri eşidəndə quruyub qaldım əməkdar məşqçi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ