Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 10:48
Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.
Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.
Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.