Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 17:42
Amerika kubokunun yarımfinalında Kolumbiyaya 3:2 hesabı ilə qalib gələrək finala çıxan Argentina yığmasının kapitanı və ulduz futbolçusu Leo Messi bu barədə danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Neymarla həlledici oyunda üz-üzə gəlməkdən məmnun olduğunu bildirib:
"Çətin bir turnirin sonuna yaxınlaşırıq. Finalda bizi güclü Braziliya gözləyir. Neymar mənim dostumdur və o da mənim finala çıxmağımı istəmişdi. Hədəfimizə çatmağa çox az qalıb".
Qeyd edək ki, Argentina - Braziliya finalı iyulun 11-i saat 04:00-da başlayacaq.