Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 18:14
Xırdalan şəhərinin Səttar Bəhlulzadə küçəsinə baxan "AAAF İnşaat" MMC-yə məxsus çoxmərtəbəli binaların zirzəmisində qanunsuz qazıntı işlərinin aparılması Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə dayandırılıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında tikinti qaydaları pozulub. Buna görə də binanin zirzəmisində aparılan işlər dayandirilib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları binanın zirzəmisinə baxış keçirib və məlum olub ki, yaşayış kompleksinin rəhbərliyi yaşayış binasının zirzəmisini ticarət məqsədi ilə alan bir şəxsə satıb. O da həmin binanın zirzəmisində qapı-pəncərə boşluqları açıb. Bu isə sakinlərin narazılığına səbəb olub.
Hazırda zirzəmidə aparılan tikinti dayandırılıb. Ərazi FHN-nin əməkdaşları tərəfindən lentlənib. Özünü Ramin kimi təqdim edən şəxs isə ərazidə işlərin dayandırılmasını qazunsuz adlandırıb.
"AAAF İnşaat" MMC-nin mətbuat katibi Kənan Məstəliyev isə açıqlamasında bu məsələdə təmsil etdiyi şirkətin məsuliyyət daşımadığını bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: