Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Fərid Dursunov şərəfli döyüş yolu - VİDEO

Şəhid Fərid Dursunov şərəfli döyüş yolu - VİDEO

Tarix: 8 Iyul 2021 05:34

Vətən müharibəsində canını fəda edən qəhrəman döyüşülərimizdən biri də Fərid Dursunov olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Fərid Dursunov Qaxın Qorağan kəndində dünyaya göz açıb.

O, orta təhsilindən sonra Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. Xaricə təlimlərə göndərilən Fərid Dursunov çətinliklərə baxmayaraq hərbçi olmaq istəyindən, arzusundan dönməyib.

2020-ci il sentyabrın 27-də  başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Kapitan Fərid Dursunov "Qalatasaray" Futbol Klubunun sadiq fanatlarından idi. Fərid Dursunov Vətən müharibəsi zamanı döyüşlərə qatılmazdan əvvəl şəhid olacağı halda məzarının yanında Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ın bayrağının ucaldılmasını vəsiyyət etmişdi. Onun vəsiyyəti sosial şəbəkələrdə  geniş yayılandan sonra "Qalatasaray" İdman Klubu özünün rəsmi tvitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşdı və başsağlığı mesajını yayımladı. "Qalatasaray" Futbol Kulubu rəsmilərinin imzaladığı forma da şəhidin ailəsinə hədiyyə olaraq göndərilib.

İndi Dursunovlar ailəsində 2 qəhrəman böyüyür. Fərid Dursunovun ömür-gün yoldaşının sözlərinə görə, oğlunun ən böyük arzusu atası kimi qəhrəman olmaqdır.

Şəhid Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az


Etiketlər:  Şəhid Fərid Dursunov şərəfli döyüş yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ