Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 07:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Sonxeber.net-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.