Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzəkəndin köhnə problemi - VİDEO

Təzəkəndin köhnə problemi - VİDEO

Tarix: 8 Iyul 2021 12:00

Şəmkir Sukanal sahəsinin rəisi problemi şərh etdi

Şəmkir rayonun Təzəkənd kəndinin sakinləri yayın isti günlərində susuz qalıblar.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki,Təxminən 180-ə yaxın ailənin yaşadığı bu kənddə su ilə bağlı problemlər tez-tez yaşanır. Hər halda, sakinlər belə deyirlər. Sakinlər deyir ki, təxminən 10-11 il əvvəl evlərinə su xətti çəkiblər. Daha sonra isə həmin xətdə qırılma baş verib.

Sakinlərin su ilə bağlı yaranmış probleminə aydınlıq gətirən Azərsu ASC-nin Şəmkir Sukanal Sahəsinin rəisi Hafiz Məmmədov isə bildirir ki, məhz Təzəkənd kəndinə gələn suyun onlar tərəfindən dayandırılması mümkün deyil.

O ki qaldı hazırda baş vermiş problemə, sahə rəisi şikayət əsasında hadisə yerində olduğunu bildirdi və gördükləri əsasənda vəziyyəti şərh etdi.

İki əsrlik tarixi olan bu texnologiya bu günə qədər işləkdirsə, onun nəticəsində əldə olunan suyun sakinlərə lazımi səviyyədə çatması üçün çalışmaq da mümkündür. Hər halda bu süjetdən sonra sakinlərin yay günlərində susuz qalmayacağına inanmaq istəyirik.


Etiketlər:  Təzəkəndin köhnə problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ